AZ

Avropa Cüdo Birliyinin rəsmi saytında Azərbaycanda katanın inkişafından bəhs edilib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 dekabr, AZƏRTAC

Avropa Cüdo Birliyinin rəsmi saytında Azərbaycanda katanın inkişafından bəhs edən məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, yazıda qeyd edilib ki, ölkəmizdə katanın inkişafı ardıcıl şəkildə davam edir və bu istiqamətdə ölkə çempionatı ilə yanaşı, kata hakimləri üzrə seminar da təşkil olunub.

Məqalədə, həmçinin federasiyanın kata mədəniyyətinin formalaşmasına verdiyi dəstək və beynəlxalq arenada qazanılan ilk kata medalına xüsusi yer ayrılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
108
1
azertag.az

3Mənbələr