ain.az, Adelet.az portalına istinadən məlumat verir.
“Əvvəldən elə hiss olunurdu ki, Rusiya AZAL-ın sərnişin təyyarəsinin vurulması hadisəsini bir qədər uzatmaqla baş verən bu faciənin üstündən keçmək istəyir. Rusiyanın görünür ki, ağlında hələ də Ukraynada etdiyi vəhşiliklər qalıb və orada törətdiyi qətliamlar, işğallar, talançılıq hələ də onun beynindən çıxmır. Elə bilir ki, Azərbaycanın mülki təyyarəsinə qarşı etdiyi o qeyri-insani hərəkətlər nəinki qonşuluğa, hətta 2022-ci ilin 22 fevralında imzaladığı müttəfiqlik anlaşmasına daban-dabana ziddir”.
Bunu Adalet.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
Politoloqun sözlərinə görə, əslində Rusiya bununla onu göstərmiş olur ki, o nə qədər istəsə də qonşu, müttəfiq dövlətlərə sadiq ola bilmir:
“Bu onun açıq göstəricisidir və yadıma Çeçenistanın keçmiş lideri Cövhər Dudayevin fikri düşür. O, bildirirdi ki, Rusiya ilə yazılmış yazı suya yazılmış yazı kimidir. Yəni həmin anda itib gedir. Bu da açıqca onu göstərmiş oldu və Rusiya Azərbaycanın ona göstərdiyi mehriban qonşuluq, müttəfiqlik münasibətini qətiyyən adekvat olaraq cavablandıra bilmir. Təbii ki, Rusiya AZAL-ın təyyarə qəzasının cinayət işini bağlamaq istəyər. Amma Azərbaycan dövləti bu hadisənin istintaqını aparacaq. Bu məsələ adi bir hadisə deyil. Orda 38 nəfərin həyatına son qoyulub və hətta onların içində özlərinin belə vətəndaşı olub. Bu cinayət işinə xitam verilməsi o deməkdir ki, Rusiya bilərəkdən, qəsdən cinayət törətmiş hərbçilərini guya müdafiə edir”.
Politoloqun sözlərinə görə, bu hərəkətlər tərəflər arasında bir soyuqluq yaradır və bu gələcəkdə ciddi gərginliklərə səbəb ola biləcək bir haldır:
“Düşünürəm ki, Rusiyanın bu davranışı Azərbaycan dövlətinin də ona adekvat yanaşması ilə nəticələnə bilər. Yəni Azərbaycan dövləti də Rusiyanın bu hərəkətindən sonra o necə münasibət göstərirsə, onu göstərməkdə tam haqlıdır. Həm siyasi, həm hüquqi, həm də mənəvi baxımından. Düşünürəm ki, o zaman başa düşəcəklər ki, etdikləri cinayətin üstünü ötrməyin nə dərəcədə onlara ziyanı ola bilər”.
Vasif
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.