Bakı, 29 dekabr, AZƏRTAC
Dekabrın 29-u saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.
Şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə Şahdağda 20, Naftalan, Mingəçevirdə 18, Yardımlıda 16, Şəkidə 15 metrədək güclənib.
Yağan qarın hündürlüyü Qax, Şahbuzda 22, Qusarda 16, Qubada 14, Gədəbəydə 12, Şəkidə (Kişçay) 11, Xaltanda 6, Ordubadda 5, Qobustanda 4, Altıağac, Şərurda 3, Culfa, Sədərək, Qusarda 2 santimetrdir.
Düşən yağıntının miqdarı Şamaxı, Astarada 6, Oğuzda 5, Cocuq Mərcanlı, Qəbələ, Altıağac, Lənkəran, Lerikdə 4, Culfa, İsmayıllı, Şəki, Şabran, Yardımlıda 3, Zaqatala, Qax, Neftçalada 2, Bakıda və Abşeron yarımadasında, həmçinin Naxçıvan, Balakən, Tərtər, Kürdəmir, Sabirabad, Beyləqan, Biləsuvarda 1 millimetrdir.
Daşkəsən, Qəbələ, Şəki, Qobustan, Şamaxı, Qusar, Qrız, Göyçay, Kürdəmir, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcə, Naxçıvan Muxtar Respublikasında 10, Aran rayonlarında 5, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.