AZ

XİN: 61 gənc diplomat təlim keçib: Təyinatlar baş tutub

2025-ci il ərzində ölkəmizin müvafiq diplomatik nümayəndəliklərində missiya rəhbərləri və səfir müavinləri üzrə təyinatlar həyata keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, məlumat XİN-in rəsmi mətbuat buraxılışında öz əksini tapıb.

Eyni zamanda, diplomatik xidmətə yeni qəbul edilmiş əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Xarici İşlər Nazirliyi ilə “ADA” Universiteti arasında əməkdaşlıq çərçivəsində Xarici Siyasət Proqramında (AFSP) 61 gənc diplomat təlim keçib.

Həmçinin, müxtəlif xarici dövlətlər tərəfindən təşkil olunmuş diplomatik, iqtisadiyyat, idarəçilik, təhlükəsizlik və digər sahələr üzrə təlim proqramlarında XİN diplomatlarının iştirakı təmin edilib.

Qeyd edilib ki, bu tədbirlər ölkəmizin beynəlxalq səviyyədə diplomatik hazırlığını və peşəkarlığını artırmaq məqsədi daşıyır.

"Cebheinfo.az"

Seçilən
35
1
cebheinfo.az

2Mənbələr