AZ

Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?

Bakı. Trend:

Gələn aydan etibarən qeyri-neft və qeyri-dövlət sektorundaçalışan vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlirvergisi ilə bağlı güzəştlərin müddəti başa çatır. Vergi Məcəlləsinəedilən dəyişikliklərə əsasən, növbəti ildən etibarən əməkhaqqıları2500 manatadək olan vətəndaşlardan 3 faiz gəlir vergisitutulacaq.

Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabındayazıb.

Millət vəkili özəl sektorda çalışan hansı vətəndaşlara vergigüzəştlərinin şamil olunacağı məsələsinə də aydınlıq gətirib:

“Məcəlləyə əsasən, bütövlükdə bütün muzdlu işçilərə 200 manatvergi güzəşti tətbiq olunur. Yəni, əgər vətəndaşımız özəl sektordaçalışırsa və onun maaşı 1000 manatdırsa o zaman gələn aydanetibarən onun ödədiyi gəlir vergisi 24 manat olacaq (1000 manat -200 manat x 3 faiz).

Bununla yanaşı, bir sıra vətəndaşlarımızda güzəşt məbləği dahayüksək müəyyənləşib. Şəhid statusu almış şəxslərin valideynlərinin,dul həyat yoldaşlarının və övladlarının hər hansı muzdlu işdənvergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.Yəni, özəl sektorda çalışan həmin vətəndaşlarımız 800 manatadəkmaaş alırlarsa heç bir vergi ödəməyəcəklər. 1000 manat maaşaldıqları halda isə cəmi 6 manat (1000 manat - 800 manat x 3 faiz)vergi ödəyəcəklər. Eyni güzəştlər vətən müharibəsi qəhrəmanlarınavə milli qəhrəmanlara da şamil olunur.

Qazilərimiz, yəni müharibə ilə əlaqədar əlilliyi olan şəxslər vəqanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adıalmış vətəndaşlarımızın gəlirindən isə 400 manat azaldılır. Yəni,gələn ildən etibarən özəl sektorda onların maaşları minimum əməkhaqqı məbləğindədirsə vergi ödəməyəcəklər.1000 manat maaş aldıqlarıhalda isə 18 manat (1000 manat - 400 manat x 3 faiz) vergiödəyəcəklər”.

Deputat xatırladıb ki, qanunvericiliklə birinci qrup əlilliyiolan vətəndaşlar, məcburi köçkünlər və bir sıra digər vətəndaşlarüçün də müəyyən vergi güzəştləri nəzərdə tutulur.

“Bütün bunlarla yanaşı, son illər ölkəmizdə orta aylıq əməkhaqqı məbləğlərində artım faizlərini nəzərə alaraq güzəştməbləğlərinə baxılıb artırılması məqsədəuyğun olardı”, - deyə ofikrini yekunlaşdırıb.

Seçilən
33
40
az.trend.az

10Mənbələr