AZ

Fərid Qayıbovdan idmançılara sosial şəbəkələrlə bağlı çağırış

BAKI, 29 dekabr. TELEQRAF

Gənclər və idman naziri Fərid Qayıbov idmançıları sosial şəbəkələrdə aktiv olmağa çağırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə 2025-ci ilin yekunlarına dair ölkənin əsas informasiya agentlikləri və televiziya kanallarına verdiyi müsahibəsində danışıb.

"Gimnastımız Tofiq Əliyevin sosial şəbəkədəki aktivliyi bizi sevindirir. Biz istəyərdik ki, digər nümunəvi idmançılarımız da sosial şəbəkələrdə aktiv olsunlar. Çünki bu da təbliğatın bir növüdür", - deyə nazir bildirib.

Qeyd edək ki, müsahibə ilə buradan tanış ola bilərsiniz.

Seçilən
27
6
teleqraf.com

7Mənbələr