Özbəkistan Prezidentini təhqir edən bloqer Azərbaycanda tutulub.
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb. “TikTok”da dövlət başçısını söyən və Bakıda gizlənən “Şerxon” 4 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, məhkəmə sosial şəbəkələrdə “Şerxon” ləqəbi ilə tanınan bloqer Amon Yusupov barəsində ittiham hökmü çıxarıb. O, Özbəkistan Prezidentini təhqir etməkdə təqsirli bilinib.
Məhkəmə müəyyən edib ki, Amon Yusupov 2023-cü ilin fevralında Qazaxıstanda olarkən “TikTok”da canlı yayım açıb. Yayım zamanı o, prezidentin və Özbəkistan rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlədib. Həmin video sosial şəbəkələrdə sürətlə yayılaraq geniş ictimai rezonansa səbəb olub.
Hadisədən sonra bloqer uzun müddət Özbəkistandan kənarda – Türkiyə və Azərbaycanda gizlənib. Yusupov bu ilin aprel ayında Azərbaycanda keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Məhkəmə prosesində o, günahını tam etiraf edib, ictimaiyyət qarşısında üzr istəyərək əməlindən peşman olduğunu bildirib.
Məhkəmə onun əməlini Özbəkistan Cinayət Məcəlləsinin 158-ci maddəsinin 3-cü hissəsi (“Prezidentə qəsd”) ilə tövsif edib və bloqeri 4 il müddətinə azadlıqdan məhrum edib.
Посмотреть эту публикацию в Instagram
Публикация от Tashkent Today – Новости Ташкента (@tashkenttodayuz)
Xuraman Etibarlı
İnterpress.az