AZ

Erməni dramı: Sözün və pulun əsl sahibi kimdir?

Qafqaz torpaqlarına köçürülən lom (boşa) – qaraçılar regionda heç bir tarixi izləri olmadığı üçün çalışıblar ki, Osmanlı, yunan, Azərbaycan, gürcü, ərəb, pers və digər xalqların sözlərini oğurlayıb özlərinə bir tarix yaratsınlar. Bugünkü Ermənistanın hər şeyi başqa xalqlardan götürülmədi: Torpaq Azərbaycandan, musiqi, mətbəx, geyim Qafqazdan, adlar türklərdən və s.

Ermənilərə aid olmayan “dram” bu gün onların pul vahidinin adıdır. “Dram” sözü yunan mənşəli olmaqla, ərəb, pers və Qafqaz xalqlarının ümumişlək sözü və pul vahidi olub.

Ermənistan 1991-ci ildə müstəqillik qazandıqdan sonra milli valyutanın adı məsələsi ortaya çıxdı. Seçimlər arasında “hayk”, “stak” və ya “ibar” var idi, lakin sonda “dram” sözü seçildi. Bu, saxtakar millətin özünə uydurma bir keçmiş yaratmaq cəhdindən başqa bir şey deyil.

“Dram” – qədim yunancada “draxma” sözündən gəlir.

Bu söz ərəblərdə “dirhəm”, osmanlı/türklərdə “dirhəm” və farslarda “deram/diram” kimi istifadə edilib. Azərbaycan ərazisində orta əsrlərdə dirhəm dövriyyədə olub. Yəni “dram” sözü regiona məxsus termindir, ermənilərin mülkiyyəti deyil.

Beynəlxalq istifadədə olan sözlər çox vaxt yeni dilin səslərinə və qaydalarına uyğunlaşır. Ermənilər sadəcə xarici sözü götürməyiblər; onlar onu “1500 il əvvələ qədər” aparıb, öz fonetikalarına uyğunlaşdırıblar. Bir sözlə, Şərqin tarixi pul vahidini “erməniləşdiriblər”.

Yunan dilində bu sözün aydın mənası və məntiqi var: o, əvvəlcə bir ovuc metal çubuq mənasını verdiyi üçün “tutmaq/ödəmək” feilindən gəlir. Erməni dilində “dram” kökü özlüyündə (pulla əlaqəsi olmadan) heç bir məna ifadə etmir. Müasir erməni pulu “dram” ilə qədim yunan “δραχμή (draxmē)” eyni kökdən gəlir, amma yunan dilində “dram” sözü yoxdur. Yəni ermənilər qədim bir mədəniyyətə məxsus sözü sadəcə oğurlayıb özününkü ediblər.

Erməni dilində “dram” kökü təkdir. Hərəkət feilləri arasında onun qohumluğu yoxdur, məsələn, “dram” sözünün əmələ gəlməsi üçün “tutmaq” və ya “ödəmək” mənasını verən erməni feili yoxdur. Sözün kökü “δράσσομαι (drássomai)” feilinə gedib çıxır ki, yunanlar bunun elmi izahını “ovuclamaq”, “tutmaq”, “əl ilə götürmək” kimi verirlər.

Qafqaza köçürülən ermənilərin ilk mərkəzi sayılan kilsələrdə bu sözü xarici valyutanı təsvir etmək üçün istifadə edirdilər. O dövrdə ermənilər “dram”ın pers, ərəb və yunan sikkəsi olduğunu yaxşı bilirdilər. Kilsə bunu bilə-bilə zamanla dəstək olduqları yalançı erməni tarixinə bu sözü qədim sözləri kimi soxuşdurublar.

Erməni dilində “dr-“ ilə başlayan sözlərin demək olar ki, hamısı götürülmədir. Misal:

Droş (bayraq) – pers dilindəndir.

Dram (pul) – yunan/pers dilindəndir.

Draft (cənnət) – pers-yunan-ərəb dillərindəndir.

Əgər sizlərə mənbə lazımdırsa, buyurun: Q.Açaryan: “Erməni dilinin etimoloji kök lüğəti”, Q.Çaukyan: “Erməni dilinin etimoloji lüğəti”, “İranika” ensiklopediyası, Henrix Hübşman: “Erməni qrammatikası”, Robert Dankoff: “Türk dilində erməni alınmaları”, “Erməni dilinin rəqəmsal etimoloji lüğəti (DEDA)” və s.

Beləliklə, “dram” sözünün erməni dilinə aid olması haqqındakı iddialar elmi əsaslara söykənmir. Etimoloji lüğətlər və beynəlxalq mənbələr birmənalı şəkildə təsdiqləyir ki, bu söz yunan “draxma”sından oğurlanmışdır.

Zaur Əliyev

Seçilən
16
3
nocomment.az

4Mənbələr