AZ

"Qərbi Azəri" 20 yaşını qeyd edir (FOTO)

Bakı. Trend:

bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağınınişlənməsi layihəsinin operatoru kimi məmnuniyyətlə bildirir ki,sabah "Qərbi Azəri" platformasından ilk neft hasilatının 20 ilitamam olur. Bu, nəhəng AÇG yatağının işlənməsində əlamətdarhadisədir.

"Qərbi Azəri"dən ilk hasilat 30 dekabr 2005-ci il tarixində əldəolunmuş və bununla da AÇG-nin tammiqyaslı işlənməsinin ikincifazası başlanmışdı. İlk neft əvvəlcədən qazılmış üç öncə qazmaquyusunun birincisindən hasil olunaraq sualtı boru kəmərivasitəsilə 4 yanvar 2006-cı il tarixində Sangaçal terminalınaçatmışdı.

O vaxtdan "Qərbi Azəri" AÇG-nin hasilat salnaməsininaparıcılarından biridir. İndiyədək platformadan 1 milyard bareldən(142 milyon ton) çox neft hasil edilib və bu göstərici ilə "QərbiAzəri" AÇG platformaları arasında Mərkəzi Azəridən sonra ikinciyerdədir. Bununla da "Qərbi Azəri" 1997-ci ilin noyabrında hasilatabaşlamış AÇG yatağından 4,5 milyard barel ümumi neft hasilatınaəhəmiyyətli töhfə verib.

"Qərbi Azəri" hazırda da təhlükəsiz və etibarlı şəkildə özfəaliyyətini davam etdirir. 2025-ci ilin üçüncü rübünün sonunaplatformadan gündəlik orta hasilat 76 min barel təşkil edib.

"Qərbi Azəri" obyektlərinə 48 quyu gövdəsi olan bir hasilat,qazma və yaşayış platforması və qurudakı Səngəçal terminalınabirləşdirilmiş 30 düymlük sualtı boru kəməri daxildir. Hazırda"Qərbi Azəri"də təxminən 170 nəfər çalışır və onların əksəriyyəti,o cümlədən platformanın hər iki meneceri Azərbaycanlımütəxəssislərdir.İndiyədək platformadan ümumilikdə 40 quyu və çoxsayda yan lülə qazılıb. Hazırda istismarda olan 32 quyudan 24-ühasilat quyusu, 8-i isə suvurma quyusudur.

"Qərbi Azəri" platformasının meneceri Emin İbrahimov:

“"Qərbi Azəri" ailəsi olaraq, AÇG-nin ən yüksək göstəricilərəmalik qurğularından birini idarə etməkdən qürur duyuruq. Geriyənəzər salsaq, xatırlayarıq ki, 2005-ci ildə işə salınmış birinciquyularımızdan olan C-06 quyusu ilk dövrlərdə gündəlik 35 000 barelneft verib və dünyanın ən məhsuldar quyularından biri olub.İndiyədək bu quyudan ümumilikdə 80 milyon barel neft əldə olunub vəbu, istənilən neft quyusu üçün müstəsna bir nailiyyətdir. Bu tarixiildönümü münasibətilə bütün "Qərbi Azəri" komandasını ürəkdəntəbrik edirəm və bir daha vurğulamaq istəyirəm ki, "Qərbi Azəri"dünya səviyyəli platforma olaraq hələ gələcək onilliklər ərzində dəAÇG-nin uğur hekayəsinə, eləcə də Azərbaycanın neft sənayesinəmühüm töhfələr verməkdə davam edəcək.”

Seçilən
60
17
az.trend.az

10Mənbələr