AZ

Biləsuvarda yanacaqla dolu avtomobil aşıb

Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə köhnə Bakı–Ələt–Astara magistral yolunun Biləsuvar rayonuna giriş hissəsində qeydə alınıb.

Belə ki, Naxçıvan Muxtar Respublikasına yanacaq aparan, 1994-cü il təvəllüdlü Ruhin Baxşəlixanlının idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alan sürücü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, ona zəruri tibbi yardım göstərilib, vəziyyəti stabil qiymətləndirilir.

Hadisə yerində təhlükəsizlik tədbirləri görülüb, əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
119
50
hafta.az

10Mənbələr