AZ

Ölümə hazıram, oğlumu itirdim - Əməkdar artist

"Bakıda yanına getmədiyim ürək həkimi qalmamışdı. Dərman verirdilər ki, iç keçəcək. Demə, ürək deyilmiş, süd vəzimin altında iki şiş var imiş. Xərçəng metastaz veribmiş. Ankaraya göndərdilər. Əməliyyat olunacaqdım, amma dedim, Azərbaycanda olacağam".

Redaktor.az xəbər verir ki, Kubra Əliyeva "Qapqara" yutub layihəsində deyib:

Əməkdar artist əlavə edib: "Ankarada xəstəxanaya 11 min dollar ödədim. Ölümə hazıram. Oğlumu itirdim. Onun bir övladı qaldı, köçürtdüm Türkiyəyə. Dedim, atası ilə bağlı sözləri eşitməsin. Nəvəmin 15 yaşı olanda ona Antalyada ev aldım.

Raufu heç vaxt unutmuram. Çox çəkdim. O vaxt kaş reabilitasiya mərkəzi olardı. Onu oradan çıxartmazdım. Mənim balam 5 dil bilirdi. Gənclərə deyirəm ki, eşidəndə qonşuda, yaxında kimsə bu yolun yolçusudur ondan uzaq gəzsinlər".

Seçilən
9
6
redaktor.az

10Mənbələr