AZ

"Bitcoin"in qiyməti 90.000 dolları keçdi

Qızıl və gümüş qiymətlərində yüksək artımdan sonra əldə olunan mənfəət kriptovalyuta bazarına müsbət təsir göstərib. 

Missiya.Az xəbər verir ki, bu fonda "Bitcoin"in qiyməti 12 dekabrdan bəri ilk dəfə 90 min dolları keçib.

Səhər ticarətində "Bitcoin" 90 066 dollara yüksəlib, hazırda isə 2,31% artımla 89 722 dollardan satılır. Ethereum 3,05% bahalaşaraq 3 029 dollara çatıb, Dogecoin isə 0,1268 dollar səviyyəsində ticarət olunur.

Kriptovalyuta bazarının ümumi dəyəri 2,26% artaraq 3,03 trilyon dollara yüksəlib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
94
24
missiya.az

10Mənbələr