AZ

"2026-cı ildə dialoq və platforma əsaslı əməkdaşlıq güclənəcək" - QHT sədri

"2025-c il ərzində təşkilatımız tərəfindən əlilliyi olan uşaqlarla iş, çətin həyat şəraitində olan uşaqlara sosial xidmətlərin gücləndirilməsi, uşaqların təhlükəsizliyi, rəqəmsal təhlükəsizlik, uşaq hüquqlarının müdafiəsi və  uşaqlara göstərilən sosial xidmətlərin gücləndirilməsi istiqamətində xüsusilə regionlarda faydalı və effektiv layihələr icra etdi".

Bu fikirləri “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Zaur Quliyev QHT.az-a bildirib.Onun sözlərinə görə, 2026- cı ildə  Dövlət-vətəndaş cəmiyyəti münasibətlərinin nkişafında, əməkdaşlığında  klassik müraciət və tədbir formatından dialoq, platforma əsaslı, qeyri-formal strukturlu  əməkdaşlığa keçid daha da sürətlənəcək, yeni yanaşmalarla əhatə olunmuş fəaliyyətlər üzərində  davam etdiriləcəkdir:

"Vətəndaş cəmiyyəti təşkilatları dövlət orqanları ilə dialoqla, əməkdaşlıqla cəmiyyəti narahat edən problemləri müəyyən etməklə bərabər, həlli prosessində də iştirak edən bir tərəfdaş rolu növbəti ildə də güclənəcək və mühüm tərəf rolunu oynayacağını düşünürəm".

Seçilən
41
qht.az

1Mənbələr