AZ

Paytaxt klubunun “qara siyahı”sı

“Çelsi” rəhbərliyi heyətdə ciddi dəyişikliklər etməyə hazırlaşır.

Msport.az xəbər verir ki, London klubunda Aleks Disasi, Triq Corc və Rahim Sterlinqlə yolların ayrılması planlaşdırılır.

Baş məşqçi Enzo Mareska və klub rəhbərliyi bu futbolçuları gələcək planlarda görmür. Xüsusilə Rahim Sterlinqin yüksək maaşı və qeyri-stabil çıxışı ayrılıq qərarını sürətləndirən əsas amillərdən biri hesab olunur.

Aleks Disasi və Triq Corcun da mövsüm ərzində gözləntiləri doğrultmaması səbəbindən satış siyahısına salındığı vurğulanır.

Seçilən
44
msport.az

1Mənbələr