AZ

Tramp: “Bir və ya iki çox çətin məsələ qalıb” | VİDEO

AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə özünün Mar-a-Laqo malikanəsində keçirdiyi görüşdən sonra mətbuata birgə açıqlamasında belə deyib.

Zaporojye Atom Elektrik stansiyasının (AES) işə salına bilməsi perspektivinə toxunan Amerika lideri bu görüşdən əvvəl Rusiya prezidenti ilə telefon danışığında bunu ətraflı müzakirə etdiyini bildirib.

“Prezident Putin faktiki olaraq Ukrayna ilə bunu açmaq üçün işləyir. Bu baxımdan o, özünü çox yaxşı aparır., AES-i açıq görmək istəyir. Yeri gəlmişkən, Putin ora raketlərlə zərbə endirməyib və bu baxımdan, mən Rusiya prezidentinin təmkinini yüksək qiymətləndirirəm”, - Ağ Evin rəhbəri vurğulayıb.

Donald Tramp həmçinin Ukrayna üzrə Marko Rubio, Pit Heqseth, Stiven Uitkoff, Cared Kuşner və general Keynin daxil olacağı işçi qrupunun yaradıldığını açıqlayıb. Bu qrupun həm Ukrayna, həm də Rusiya ilə qarşılıqlı fəaliyyət göstərəcəyi nəzərdə tutulur. Amerika lideri, eyni zamanda,Avropanın Ukraynanın təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacağını və Vaşinqtonun buna hərtərəfli dəstək verəcəyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, Rusiya Ukraynanın yenidən qurulmasında iştirak etməyə və elektrik enerjisi təchizatını asanlaşdırmağa hazırdır.

-Rusiya Ukraynanın uğur qazanmasını istəyir. Məlumata görə, Rusiya Ukraynaya aşağı qiymətlərlə enerji verməyə hazırdır”,- Tramp iddia edib.

Ağ Ev rəhbəri Ukraynada referendum keçirilməsi üçün tərəflərin atəşkəs məsələsini müzakirə etmədiklərini də deyib. Atəşkəsin asanlıqla pozula biləcəyi ehtimalı fonunda bu məsələ müzakirələrdə gündəmə gətirilməyib. Sülh sazişi prosesində həll edilməli“bir və ya iki çox çətin məsələ”qalıb.

Jurnalistlərin mümkün referendumla bağlı suallarını cavablandıran Volodimir Zelenski, öz növbəsində,bildirib ki, əgər belə bir səsvermə baş tutsa, xaricdəki ukraynalılar digər seçkilərdə olduğu kimi orada da iştirak edə biləcəklər.

Onun sözlərinə görə, təhlükəsizlik təminatları sazişlərin əsas elementlərindən biri olmalıdır.

“Biz razılaşdıq ki, təhlükəsizlik zəmanətləri davamlı sülhün əldə edilməsi üçün əsas olacaq”, - Ukrayna lideri bildirib.

Ukraynanın Donbasla bağlı mövqeyi isə hamıya məlumdur. Zelenskiərazi məsələsinin “çox mürəkkəb” olaraq qalması ilə bağlı Trampla razılaşıb. Bunun mümkün həll yolu kimi Kiyev referendum keçirməyi təklif edib.

Donald Trampın Zelenskinin rəhbərliyi altında Ukrayna nümayəndə heyəti ilə söhbətində ABŞ-nin Dövlət katibi Marko Rubio, Ağ Ev administrasiyasının rəhbəri Süzi Uayls və onun müavini Stiven Miller, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn, Cared Kuşner, Stiven Uitkoff iştirak ediblər.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
40
50
azvision.az

10Mənbələr