ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Ermənistan hakimiyyəti hələlik nəqliyyat dəhlizləri ilə bağlı təşəbbüslərin dəyərini açıqlamır.
Gununsesi.info xəbər verir ki, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi “Sputnik Ermənistan” sorğusuna verdiyi cavabda müvafiq layihələrin əsas parametrlərinin hələ də öyrənildiyi bildirilib.
Agentlik Ermənistan hökumətinə birinci mərhələ və sonrakı dövrlərdə proqnozlaşdırılan yükdaşımalarının həcmi, infrastrukturun hazırlıq vəziyyəti, tikintinin ən bahalı sahələri (yol, dəmir yolu, logistika mərkəzləri), eləcə də rəqəmsal nəqliyyat dəhlizləri və müasir yük nəzarəti sistemlərinin tətbiqi planları ilə bağlı suallar göndərib.
“Hazırda bu məsələlər öyrənilir. Xüsusilə, avtomobil və dəmir yollarının tikintisi üçün texniki-iqtisadi əsaslandırma və qiymətləndirmə işləri aparılır. Nəticələrin 2026-cı ilin birinci rübündə təqdim edilməsi planlaşdırılır”, – nazirlik bildirib.
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.