İngiltərə millisinin sabiq hücumçusu Endi Kerroll qadını təqib etdiyinə görə 5 il müddətinə qədər həbs oluna bilər.
Msport.az xəbər verir ki, Kerroll əvvəllər zorlamaya cəhd ittihamı ilə London hava limanında həbs edilib və daha sonra 2026-cı ilin fevralına qədər girov müqabilində sərbəst buraxılıb.
Bununla belə, futbolçu zərərçəkmişlə əlaqə saxlamağa davam edərək, ona yaxınlaşmağı qadağan edən girov şərtlərini pozub.
Onun işi üzrə yeni məhkəmə dinləməsi dekabrın 30-da təyin edilib və onun barəsində həbs qətimkan tədbirinin pozulması məsələsinə baxacaq. 36 yaşlı futbolçu “Liverpul”, “Nyukasl” və İngiltərə millisində çıxış edib. Bu il o, Fransanın “Bordo” klubundan İngiltərənin “Dagen end Redbric” klubuna keçib.