AZ

AFFA-nın milliləşdirmək istədiyi futbolçu Rusiyada klubunu dəyişdi

"SKA-Xabarovsk"un əslən Azərbaycandan olan futbolçusu Sadıq Bağıyev Rusiyada komandasını dəyişib.

Paralel.az xəbər verir ki AFFA-nın da maraq dairəsində olan və millimizə potensial namizəd "Torpedo" ilə anlaşıb.

Həmyerlimiz Moskva təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb. Artıq keçid rəsmiləşib.
 

"Torpedo" Bağıyevə görə "SKA-Xabarovsk"a 14 milyon rubl (təxminən 300 min manat) təzminat ödəyib. 21 yaşlı futbolçu 2024-cü il sentyabr ayında "Kuban Holdinq"dən "SKA-Xabarovsk"a keçmişdi.


O, bundan əvvəl "Ekaterinodar", "Spartak" (Tambov) klublarında oynayıb.

Seçilən
16
1
paralel.az

2Mənbələr