AZ

“Neftçilər”də dilənçilərdən şikayətlər artdı

"Neftçilər" metro stansiyasının giriş-çıxışlarında dilənçiliklə məşğul olan şəxslərin sayı artıb və buna vətəndaş etirazı var.

“Yeni Sabah” xəbər verir ki, onların şikayətində dilənçilərin sərnişinləri narahat etməsi, bəzən ictimai asayişin pozulması qeyd olunub.

İddialara görə, ərazidə xidmət aparan polis əməkdaşları problemə biganə yanaşırlar.

DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov dilənçilərlə bağlı profilaktik tədbirlər daim aparıldığını bildirib:

“Dayanacaqlarda, park və xiyabanlarda, insanların sıx toplaşdığı digər ictimai yerlərdə diləçilik, tüfeyli həyat tərzi sürən şəxslərlə profilaktik iş aparılır.

Bununla yanaşı, aidiyyəti dövlət qurumları ilə birgə onların müvafiq sığınacaqlara yerləşdirilməsi təmin olunur”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
133
yenisabah.az

1Mənbələr