AZ

Rusiya-Ukrayna müharibəsi sona çatır? - Trampdan diqqətçəkən açıqlama

Ötən gün Ukrayna prezidenti Zelenski Ukrayna barış planını müzakirə etmək üçün ABŞ prezidenti Tramp ilə bir araya gəlib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, görüşdən sonra Tramp "Zelenski ilə hər mövzunu müzakirə etdik, 90 faiz anlaşdıq. Çox böyük bir potensial var" - açıqlamasını verib. Tramp "Putinlə 2,5 saat telefonda danışdıq" - deyərək, "Bugün çox fərqli bir Putin gördüm. Müharibənin bitməsini istəyir" -  ifadələrini işlədib.

Tramp Zelenski ilə görüşündən sonra jurnalistlərə verdiyi açıqlamasında bunları da deyib:

"Əgər müharibənin sona çatmasına kömək edəcəkdirsə, Ukraynaya getməkdə heç bir maneə görmürəm. Ukraynalıların 91 faizi bu müharibənin sona çatmasını istəyir. Rusiya da bunun bitməsini istəyir. Hər kəs bunun sona çatmasını istəyir".

Ukrayna prezidenti Volodimir Zelenski isə açıqlamasında, "20 maddəlik barış planında 90 faiz razılaşma əldə olundu. ABŞ ilə Ukrayna təhlükəsizlik zəmanətləri məsələsində 100 faiz razılaşma əldə olundu" -  ifadələrini istifadə edib.

Seçilən
52
50
manset.az

10Mənbələr