AZ

Naxçıvana yanacaq daşıyan yük avtomobili aşdı

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Biləsuvarda yanacaq daşıyan avtomobil aşıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün köhnə Bakı-Astara magistralının rayona giriş hissəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Ruhin Baxşəlixanlının idarə etdiyi yanacaqla dolu yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəzada xəsarət alan sürücü rayon xəstəxanasına çatdırılıb. Ona zəruri tibbi yardım göstərilib, xəsarəti yüngül qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yük avtomobilində Naxçıvan Muxtar Respublikasına yanacaq aparılırmış.

Surxay Şahbazov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
4
qafqazinfo.az

5Mənbələr