AZ

NFC ödənişləri bütün avtobus marşrutlarında aktivləşdirilib

Bakı.Trend:

NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, eləcə də“Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmiBakı şəhəri üzrə nağdsız ödəniz sistemi ilə təchiz olunmuş bütünavtobus marşrutlarında aktivləşdirilib.

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, yeni sistem çərçivəsində tətbiq edilən əsasyeniliklərdən biri ardıcıl ödəniş imkanlarınıngenişləndirilməsidir. Hazırda sərnişinlər üçün ardıcıl ödənişəməliyyatlarının sayı 1-dən 2-yə artırılıb. Bu imkan NFClayihəsinin ilkin mərhələsində təqdim edilir. İlkin mərhələninnəticələrinə əsasən gələcəkdə ardıcıl ödəniş əməliyyatlarınınsayının artırılması planlaşdırlır.
Yeni sistem sərnişinlərə əlavə üstünlüklər təqdim edir. Artıq nağdpul və ya fiziki “BakıKart”ın daşınmasına ehtiyac qalmır – telefon,ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlarvasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazıvalidatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır vəəməliyyat tamamlanır.

Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkliyerli bank kartları, həmçinin smartfon və fiziki kartdan istifadəetməlidirlər.

Məqalədə:
Seçilən
34
49
az.trend.az

10Mənbələr