AZ

Azərbaycan Dövlət Mahnı Teatrı bölgələrdə növbəti konsert proqramı ilə çıxış edib

Operativmedia portalından verilən məlumata görə, ain.az xəbər yayır.

27 dekabr 2025-ci il tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri “Yurdumun sədası” adlı konsert proqramı ilə Şamaxı Rayon Mədəniyyət Mərkəzində tamaşaçıların qarşısına çıxıb.Operativ Media-ya bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.Proqramda Azərbaycan musiqi mədəniyyətinin zəngin irsini əks etdirən klassik və estrada əsərləri səsləndirilib. Konsertdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistləri – Aynur İsgəndərli, İlhamə Qasımova, Mədinə Kazımova, Fəxri Kazım-Nicat, Taleh Yahyayev və Rövşən Qəhrəmanov çıxış ediblər. Orkestri dirijor Ellada Məmmədova idarə edib.

Konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk genişmiqyaslı qastrol səfərləri çərçivəsində keçirilib.

Qastrol səfərlərinin əsas məqsədi milli musiqi dəyərlərinin qorunması və bölgə tamaşaçılarına yüksək səviyyəli musiqi nümunələrinin təqdim olunmasıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
50
operativmedia.az

10Mənbələr