AZ

İtaliyalı forvard Madrid nəhəngindən ayrılmağa qərar verdi Yeni klubu da bilinir

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Atletiko Madrid"in hücumçusu Cakomo Raspadori qış transfer pəncərəsində klubdan ayrılmağa hazırlaşır. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.

Mənbənin məlumatına görə, "Roma" artıq vətəninə qayıtmaq qərarına gələn italiyalı futbolçu ilə anlaşıb. 25 yaşlı forvardla 2030-cu ilə qədər müddətə anlaşma əldə olunduğu bildirilir. O, madridlilərin onu yanvarda Roma klubuna buraxacağına ümid edir. 

"Roma" Cakomo Raspadorini "Atletiko Madrid"dən 20 milyon avroya almaq hüququ ilə icarəyə götürməyi planlaşdırır. Klublar arasında hələlik razılaşma əldə edilməyib və danışıqlar davam edir. Madrid klubu Cakomonu avqust ayında "Napoli"dən 22 milyon avroya alıb.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
23
fanat.az

10Mənbələr