AZ

Uşakov: Putin və Tramp yeni telefon danışığı barədə razılığa gəliblər

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın yeni telefon danışığı aparmaq barədə razılığa gəldiyini bildirib.

Editor.az xəbər verir ki, Yuri Uşakovun sözlərinə görə, Putin və Tramp arasında son telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub və bu görüş ABŞ Prezidentinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə Mar-a-Laqoda keçirəcəyi üz-üzə görüşdən əvvəl reallaşıb.

Təxminən 1 saat 15 dəqiqə davam edən telefon danışığı Donald Trampın təşəbbüsü ilə təşkil olunub. Tramp Zelenski ilə görüşməzdən əvvəl bir sıra məsələləri Rusiya Prezidenti ilə müzakirə etmək istədiyini bildirib.

Uşakovun açıqlamasına görə, telefon danışığının tonu dostyana, konstruktiv və işgüzar olub. Tramp münaqişənin mümkün qədər tez bir zamanda başa çatdırılmasının vacibliyini vurğulayıb və Rusiyanın problemin siyasi-diplomatik yollarla həllinə çalışdığına inandığını qeyd edib.

Danışıqlar zamanı Ukraynanın cəbhə xəttindəki mövcud vəziyyəti nəzərə alaraq Donbass bölgəsinin verilməsi ilə bağlı tezliklə qərar qəbul etməsinin zəruriliyi xüsusi olaraq vurğulanıb.

Putin və Tramp ərazi güzəştləri ilə bağlı referendum keçirilməsi bəhanəsi ilə elan edilə biləcək müvəqqəti atəşkəsin münaqişəni yalnız uzadacağı mövzusunda eyni mövqedən çıxış ediblər.

Bundan əlavə, Tramp telefon danışığı zamanı ABŞ-ın Rusiya və Ukrayna ilə iqtisadi əməkdaşlıq imkanlarını da müzakirə mövzusu etdiyini bildirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
34
50
editor.az

10Mənbələr