AZ

Günəşdə çoxsaylı partlayışlar baş verib

Bakı. Trend:

Ötən gecə Günəşdə “M” sinfindən olan ardıcıl 3 güclü partlayışbaş verib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər AkademiyasınınGünəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Laboratoriyanın saytında yer alan materiallara görə, dekabrın29-na keçən gecə Günəşdə üç “M” sinifli alışma qeydə alınıb.Alışmalar Bakı vaxtı ilə 01:03-dən 01:23-dək (maksimumu 01:13-də),02:01-dən 02:54-dək (maksimumu 02:39-da olmaqla M4.2 balına çatıbki, bu da dekabrın 28-nə keçən gecə baş vermiş partlayışlar birqədər zəifdir), həmçinin 03:57-dən 04:07-dək (maksimumu 04:02-də)davam edib.

Bundan əlavə, Günəşdə nisbətən zəif “C” sinfinə aid daha üçalışma da müşahidə olunub.

Qeyd edək ki, Günəş partlayışları və ya alışmaları rentgenşüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ənaşağı sinif olan A0.0 sinfi Yer orbitində kvadrat metrə 10 nanovattgücündə şüalanmaya uyğun gəlir. Hər növbəti sinfə keçiddə güc ondəfə artır. Alışmalar adətən Günəş plazmasının atılması iləmüşayiət olunur və bu buludlar Yerə çatdıqda maqnit qasırğalarınasəbəb ola bilər.

Məqalədə:
Seçilən
126
2
az.trend.az

1Mənbələr