AZ

Gümüşün qiyməti ilk dəfə 80 dolları keçib

Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı ilin mart ayında tədarükü nəzərdə tutulan gümüş fyuçerslərinin qiyməti ilk dəfə unsiya üçün 80 dollardan yuxarı səviyyədə ticarət olunur.

Bir anlıq qiymət unsiya üçün 82,67 dollara (+7,09%) qədər yüksəlib. Bakı vaxtı ilə saat 3:59-a olan məlumata görə isə gümüş fyuçerslərinin qiymət artımı unsiya üçün 81,73 dollara (+5,87%) qədər zəifləyib.

Birjada qiymətli metallar həftənin əvvəlindən etibarən yeni maksimum səviyyələri yeniləyir. Dekabrın 23-də qızıl fyuçerslərinin qiyməti ilk dəfə unsiya üçün 4500 dollardan yuxarı qalxıb. Dekabrın 26-da isə platinin qiyməti unsiya üçün 2500 dollar həddini keçib.

Seçilən
1
50
banker.az

10Mənbələr