Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Rusiya bölgələri və Azov dənizi üzərində 89 Ukrayna PUA-sını ələ keçirib və məhv edib.
Ucnoqta.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Məlumata görə, Bryansk vilayəti üzərində 49 PUA, Novqorod vilayəti üzərində 18 PUA, Adıgey Respublikası üzərində 11 PUA, Krasnodar vilayəti üzərində 7 PUA, Azov dənizi üzərində 1 PUA, Orel vilayəti üzərində 1 PUA, Rostov vilayəti üzərində 1 PUA və Smolensk vilayəti üzərində 1 PUA zərərsizləşdirilib.