Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla görüşlər ərəfəsində adətən gərgin olduğu bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Zelenski Florida ştatında keçirilən son danışıqlar öncəsi də oxşar psixoloji vəziyyətdə olub. Mənbənin sözlərinə görə, Ukrayna lideri görüşdən əvvəl uzun müddət diqqətini cəmləyir və onun üçün Beynəlxalq Əməkdaşlıq Departamenti və Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış qeydləri diqqətlə öyrənir.
Qeyd edilir ki, Zelenski ABŞ rəhbərliyi ilə görüşlərə ciddi hazırlaşmağa xüsusi önəm verir.
Aytəkin TOFİQQIZI