AZ

Afrikada bina çökdü- 3 nəfər öldü

Ajans.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Yohannesburq fövqəladə halların idarə olunması xidməti çökmə zamanı binanın içərisində 6 nəfərin olduğunu, onlardan 3-nün dağıntılar altında qaldığını bildirib. Bir yaşlı uşaq və iki yetkin qadın daha sonra aldıqları xəsarətlərdən dünyasını dəyişib. Qalan 3 nəfər isə xəstəxanaya çatdırılsa da, onların vəziyyəti hələ də açıqlanmayıb.

Səlahiyyətlilər dağıntının səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Seçilən
9
1
Ajans.az

2Mənbələr