AZ

Serbiyada 470 kiloqramlıq bomba zərərsizləşdirildi

Serbiyanın paytaxtı Belqradın mərkəzində yerləşən tikinti sahəsində İkinci Dünya müharibəsindən qalma 470 kiloqramlıq bomba zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, söhbət ABŞ istehsalı olan AN-M44 bombasından gedir. Məlumata görə, sursat 1944-cü ildə Belqradın nasist işğalından azad edilməsi zamanı müttəfiqlərin Almaniya ordusunun mövqelərinə endirdiyi hava zərbələri zamanı istifadə olunub.

Polisin açıqlamasında bildirilib ki, yaşayış binaları və ticarət mərkəzinin yaxınlığında yerləşən tikinti ərazisi əməliyyatın təhlükəsizliyini təmin etmək məqsədilə hərtərəfli yoxlanılıb. Sakinlərdən mümkün olduqda avtomobillərini ərazidən götürmələri və evlərini müvəqqəti tərk etmələri xahiş olunub.

Seçilən
22
2
publika.az

6Mənbələr