AZ

Finlandiyada qış fırtınası səbəbi ilə 160 mindən çox ev işıqsız qalıb

Bakı. Trend:

Finlandiyada güclü qış fırtınası nəticəsində 160 mindən çox evelektriksiz qalıb, göyərtəsində 150-dən çox adam olan iki təyyarəisə uçuş-enmə zolağından çıxarılıb.

Trend xəbər verirki, bu barədə “Sweden Herald” qəzeti məlumat yayıb.

Məqalədə bildirilir ki, göyərtəsində təxminən 150 sərnişin olanbir təyyarə, eləcə də on nəfərdən az sərnişini olan daha kiçik havagəmisi güclü külək səbəbindən uçuş-enmə zolağından çıxaraq qaryığınına çırpılıb.

Şiddətli hava şəraiti nəticəsində xəsarət alan olmayıb. Kittila,Rovaniemi və İvalo istiqamətlərində bütün hava nəqliyyatı müvəqqətiolaraq dayandırılıb.

Qeyd edək ki, Finlandiyada Hannes adlandırılan qış fırtınasıqərb sahili boyunca küləyin sürətini saniyədə 25 metrədək artıraraqminlərlə evi elektriksiz qoyub. Enerji Sənayesi Assosiasiyasınınməlumatına görə, Qərbi Finlandiyanın geniş əraziləri fırtınadanciddi şəkildə təsirlənib.

Seçilən
63
47
az.trend.az

10Mənbələr