AZ

Dünyanın ən bahalı məktəbi

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Məzunları arasında kralların və zəngin ailələrin uşaqlarının olduğu İsveçrədəki “Le Rosey” məktəbi dünyanın ən bahalı məktəbi kimi tanınır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 1880-ci ildə qurulan “Le Rosey”in Cenevrə və Lozanna arasında iki kampusu var.

Birincisi, Rolledəki 14-cü əsrə aid Rosey qalasıdır. Milad bayramından sonra tələbələr təhsillərini Gstaad xizək kurortunda yerləşən kampusda davam etdirirlər.

Məktəb tələbələrə xizək sürmədən tutmuş yoqaya qədər bir çox sahədə özlərini təkmilləşdirmək üçün imkanlar təklif edir.

Məzunları arasında keçmiş İspaniya kralı Xuan Karlos, Misirin keçmiş kralı II Fuad və Belçika kralı II Albertin də olduğu təhsil müəssisəsi buna görə “Krallar Məktəbi” kimi də tanınır.

Məktəbin illik ödənişi təxminən 350 min manatdır.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
99
525.az

1Mənbələr