AZ

Nikola Yokiç NBA da yeni rekord müəyyənləşdirdi

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

“Denver Naggets”in mərkəz oyunçusu, NBA çempionu Nikola Yokiç növbəti tarixi nailiyyətinə imza atıb.

İdman.Biz xəbər verir ki, 30 yaşlı serbiyalı basketbolçu ardıcıl üç oyunda ümumilikdə 110-dan çox xal, 40-dan çox ribaund və 40-dan çox ötürmə edən ilk oyunçu olub.

“Orlando Mecik”lə matçda (126:127) Yokiç 34 xal, 21 ribaund və 12 assistlə yadda qalıb. Ondan əvvəl “Minnesota Timbervulvz”lə görüşdə (142:138, əlavə vaxt) 56 xal, 15 ribaund və 15 ötürmə edib. “Dallas Maveriks”lə qarşılaşmada (130:131) isə 29 xal, 7 ribaund və 14 assistlə çıxış edib.

Bu göstəricilər Yokiçin NBA tarixində unikal statistika müəllifi kimi mövqeyini bir daha möhkəmləndirib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
1
icma.az

2Mənbələr