AZ

Sabah Bakının bir çox ərazilərində qaz olmayacaq

Sabah Bakının bir çox ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Far.Az"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, 29.12.2025-ci il tarixdə saat 10:00-dan etibarən Səbail rayonu üzrə Badamdar şosesinin, 3-cü yaşayış massivinin, Şərq, T. Məmmadov S. Məmmədov, Ə. Nəzərov, N. Paşayev, C.Hasilov, Lomonosov, Çerniyakov, Dağlıq, G. Əliyev və A. İsmayılov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bundan başqa, Nəsimi, Yasamal rayonları üzrə isə M. Əliyev, İ. Səfərli, T. Xəlilbəyli, M. İbrahimov, D. Əliyeva, Vidadi, Ə. Quliyev, H. Aslanov küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Seçilən
23
13
far.az

10Mənbələr