AZ

Ukraynalı ekspert: Cəbhəyanı ərazilərin sakinləri Rusiya hərbçilərinə kömək edir...

Yerlı əhali Rusiya DTX qruplarının və ayrı-ayrı hərbçilərin Ukrayna ordusunun arxasına sızmasına şərait yaradır...

Poliqon xəbər verir ki, Ukraynanın hərbi eksperti Konstantin Maşovetsin sözlərinə görə, cəbhə xəttinə yaxın ərazilərdə qalan mülki əhalinin bir hissəsi Rusiya hərbçilərinə Ukrayna Silahlı Qüvvələrinin döyüş mövqelərindən keçərək arxa zonalara sızmaqda kömək göstərir. Ekspert bildirir ki, yerli sakinlər rusiyalı hərbçilərə sığınacaq verir, onları qida və geyimlə təmin edir.

“Məhz bizim briqadalarımızın faktiki olaraq arxa zonasında qalan yerli əhali kütləvi şəkildə düşmənə yardım edir və onunla əməkdaşlıq edir”, deyə Maşovets yazıb.

Onun sözlərinə görə, Rusiya diversiya-kəşfiyyat qrupları, hücum dəstələrinin qalıqları və ayrı-ayrı rusiyalı hərbçilər təkcə yerli əhalinin verdiyi sığınacaq və gizlənəcək yerlər tapmır, eyni zamanda onların fəal dəstəyindən də yararlanırlar. Maşovets qeyd edir ki, özlərini “xilaskarları gözləyənlər” kimi aparan şəxslər rusiyalı hərbçiləri mülki geyimə salır, zirzəmilərdə gizlədir, yedirib-içirdir, həmçinin kəşfiyyat məlumatlarının toplanmasına kömək edirlər.

Ekspertin verdiyi məlumata əsasən, Konstantinovka yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin briqadalarından birinin fəaliyyət zonasındakı əks-kəşfiyyat qurumları hər gün yerli əhalinin köməyi ilə Ukrayna ordusunun arxasına “infiltrasiya” etmiş 5-dən 12-yə qədər Rusiya vətəndaşını aşkar edir.

Maşovets əlavə edir ki, oxşar hallar daha əvvəl Kupyansk və Pokrovsk şəhərlərində də kütləvi xarakter daşıyıb və əksər hallarda rusiyalı hərbçilər yerli əhali tərəfindən gizlədilib və təmin olunub.

Poliqon.info

Seçilən
41
poliqon.info

1Mənbələr