Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi üzrə danışıqlarda son mərhələyə çatırıq”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Floridada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş zamanı deyib.
Tramp həm Zelenski, həm də Putinin sülh sazişi bağlamaq istədiyinə inandığını bildirib.
"Mən düşünürəm ki, hər iki şəxs sülhə ciddi yanaşır, - deyə Tramp əlavə edib.
ABŞ prezidenti müharibənin həllinin çətin olduğunu desə də, sülhə nail olacaqlarına inandığını vurğulayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.