"Biz Amerika tərəfi ilə çox intensiv işləyirik və 2026-cı ilin ikinci yarısında yerdə tikinti başlayacaq".
Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyada TRIPP - Tramp İnkişaf və Rifah Yolu barədə danışarkən məlumat verib.
"Ümid edirəm ki, yaxın həftələrdə ilk sənədimiz olacaq. Gələn il beynəlxalq tərəfdaşlarımızın Ermənistana səfərləri ilə dolu olacaq", - nazir bildirib.
Müxalifətin Rusiya və İranın "TRIPP"ə qarşı olduğuna inanması ilə bağlı sualı cavablandıran Mirzoyan belə cavab verib: