AZ

"Azərbaycan dili" platformasının təqdimat mərasimi keçirildi

Azərbaycan Dillər Universitetində "Azərbaycan dili" platformasının təqdimat mərasimi keçirilib. Layihənin ideya müəllifi və rəhbəri Alena Əliyevadır.

Publika.az xəbər verir ki, təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva iştirak ediblər.

Əvvəlcə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla qonaqlara universitetin fəaliyyəti haqqında məlumat verib. Azərbaycan Dillər Universitetinin muzeyinə baş çəkən qonaqlar muzeyin fəaliyyəti ilə tanış olub, eksponatlar haqqında məlumatlandırılıblar.

Təqdimat mərasimində çıxış edən Kamal Abdulla platformanın Azərbaycan dilinin qorunması, inkişafı və müasir rəqəmsal mühitdə təbliği baxımından əhəmiyyətindən bəhs edib.

"Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı söylədiklərinin fonunda bu cür platformanın realizə olunmasına böyük ehtiyac var idi. Universitetin alimləri və gənc mütəxəssisləri bu işi şərəflə yerinə yetirdilər.

Seçilən
56
13
publika.az

2Mənbələr