Şaxtalı hava şəraitinə baxmayaraq, Qusar rayonu ərazisində polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətini davam etdirir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Redaktor.az-a bildirilib ki, yollarda təhlükəsizlik təmin olunur, zərurət yarandıqda sürücülərə və piyadalara operativ kömək göstərilir.
Qeyd olunub ki, köməyə ehtiyacı olan hər kəs polis naryadlarının diqqət mərkəzindədir.