AZ

PUTİN VƏ TRAMP RAZILIQ ƏLDƏ EDİB İki işçi qrupu yaradılacaq...

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp Ağ Evin təşəbbüsü ilə 1 saat 15 dəqiqə davam edən telefon danışığı aparıblar. Danışıq Trampın Florida ştatında Ukrayna Prezidenti Volodimir Zelenski ilə planlaşdırılan görüşündən az əvvəl baş tutub.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun bildirdiyinə görə, Moskva Vaşinqtonun Rusiya ilə Ukrayna arasında sülh sazişinin hazırlanması məqsədilə xüsusi işçi qruplarının yaradılması təklifini dəstəkləyib. Onun sözlərinə görə, bu qrupların formatı və fəaliyyət parametrləri yanvarın əvvəlində açıqlanacaq.

Məlumata əsasən, işçi qruplarından biri təhlükəsizlik məsələləri, digəri isə iqtisadi mövzular üzərində çalışacaq.

Uşakov qeyd edib ki, Donald Tramp müharibənin mümkün qədər tez başa çatdırılmasında maraqlı olduğunu bildirib və Vaşinqtonla Moskvanın mövqeyinə görə döyüş əməliyyatlarının dayandırılması yalnız Kiyevin məsuliyyətli qərarından asılıdır.

Eyni zamanda, ABŞ Prezidenti müharibədən sonra ABŞ–Rusiya iqtisadi əməkdaşlığı üçün “çox ciddi perspektivlər” gördüyünü də vurğulayıb.

Qeyd edək ki, Trampın, Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcəyi bildirilib.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
azpolitika.info

1Mənbələr