AZ

Rusiyaya "Rus Evi"ilə bağlı xəbərdarlıq edildi

Ajans.az xəbər verir ki, bu barədə jurnalistlərə Moldova Xarici İşlər Nazirliyinin rəhbəri Mixay Popşoy məlumat verib. "Rusiya tərəfi artıq məlumatlandırılıb və yayda, çox güman ki, iyunun sonu - iyulun əvvəlində, hazırkı sazişin müddəalarının müddəti bitəndə onun müddəti uzadılmayacaq, bu da sənədin hüquqi qüvvəsinin başa çatması demək olacaq. Bu müddət başa çatdıqdan sonra mərkəzin Moldova Respublikasında fəaliyyət göstərməsi üçün qanuni əsasları olmayacaq", - Popşoy bildirib.

O əlavə edib ki, beynəlxalq hüquq normalarına uyğun olaraq Rusiya tərəfi bu müddəalara əməl etməlidir.

Seçilən
26
6
Ajans.az

8Mənbələr