Belarus Prezidenti Aleksandr Lukaşenko xokkey matçı zamanı buz üzərində yıxıldıqdan sonra açıqlama verib.
NOCOMMENT.az metbuat.az-a istinadən xəbər verir ki, o özünü yaxşı hiss etdiyini və növbəti oyuna hazırlaşdığını açıqlayıb.
“Adi iş situasiyası… Digərlərini qorxutmaq üçün özününküləri döy! Hər şey yaxşıdır. Özümü yaxşı hiss edirəm, belimdə gərilmə var. Növbəti oyuna hazırlaşıram”, – deyə Lukaşenko bildirib.