AZ

14 cü dəfə bir mövsümdə 40 qol vurdu

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 2025-ci ildə vurduğu qolların sayını 40-a çatdırıb.

"Ölkə.az" xəbər verir ki, o, bunu ötən gün ölkə çempionatının XI turunda "Əl-Uxdud" komandası ilə matçda dubl etməklə bacarıb.

40 yaşlı futbolçu karyerasında 14-cü dəfə bir mövsümdə vurduğu qolların sayını 40-a çatdırıb.

Ronaldu daha əvvəl 2010-2018, 2020-2021 və 2023-2025-ci illər mövsümlərində buna nail olub. Onun ən yaxşı nəticəsi 2013-cü ildə, 63 qol olub.

Qeyd edək ki, Ronaldu karyerası ərzində ümumilikdə 956 qol vurub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
7
olke.az

9Mənbələr