Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 28-də Floridada ABŞ Prezidenti Donald Trampla görüşəcək.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Zelenskinin ofisinin sözçüsü Sergey Nikiforov “RBC-Ukrayna”ya bildirib.
Prezidentlərin birgə bəyanatları və Avropa liderləri ilə telefon danışığı planlaşdırılır.
Ukrayna Prezidentinin ofisinin sözçüsünün sözlərinə görə, Zelenski və Tramp danışıqlardan əvvəl birgə bəyanat verəcəklər. Zelenski və Trampla Avropa liderləri ilə birgə telefon danışığı da olacaq.
Hansı Avropa liderlərinin söhbətə qoşulacağı hələlik məlum deyil. Bu məsələ hələlik dəqiqləşdirilir.