AZ

Diş çürüməsinə qarşı təbii müalicə vasitəsi

Sarımsaq təkcə mətbəxdə deyil, ağız boşluğuna qulluqda da faydalı ola bilər. Yeni elmi icmal göstərib ki, sarımsaq ekstraktı əsasında hazırlanmış ağız yaxalayıcıları effektivliyinə görə stomatologiyada ən geniş istifadə olunan və qəbul edilmiş antiseptik sayılan xlorheksidinlə müqayisə oluna bilir, üstəlik, potensial olaraq daha az ciddi yan təsirə malikdir.

Publika.az xəbər verir ki, araşdırma "Journal of Herbal Medicine" (JHM) jurnalında dərc olunub.

Sarımsaq minilliklərdir həm tibbdə, həm də xalq təbabətində istifadə olunur. Onun antibakterial xüsusiyyətləri dişcik əzildikdə və ya xırdalandıqda əmələ gələn allisin maddəsi ilə bağlıdır. Allisin bakteriyaların çoxalmasını ləngidir və hüceyrələrə qoruyucu təsir göstərir, lakin xarakterik kəskin qoxunun da əsas səbəbidir.

Tədqiqat Birləşmiş Ərəb Əmirliklərində yerləşən Şarca Universitetinin alimləri tərəfindən aparılıb. Müəlliflər sarımsaq ekstraktının və xlorheksidinin insanların ağız boşluğundakı mikrofloraya təsirini müqayisə edən beş klinik araşdırmanın məlumatlarını təhlil ediblər. Xüsusi diqqət kariyesin əsas səbəbkarları sayılan Mutans Streptococci bakteriyalarına yönəldilib.

İcmal göstərib ki, sarımsaq ekstraktı zərərli bakteriyaların miqdarını xlorheksidin qədər effektiv şəkildə azalda bilir. Hətta sarımsaq məhlulunun təxminən 3 faizlik konsentrasiyada olduğu hallarda nəticələrə görə standart 0,2 faizlik xlorheksidin məhlulunu belə üstələyib. Daha aşağı — 2,5 faizlik konsentrasiyada isə sarımsaq antiseptikdən geri qalıb.

Seçilən
86
publika.az

1Mənbələr