AZ

Zelenski qoşunların cəbhə xəttindən geri çəkilməsi üçün şərtini açıqladı

"Rusiya demilitarizasiya zonası yaratmaqla eyni addımı atarsa, Ukrayna qoşunlarını cəbhə xəttindən geri çəkməyə hazırdır".

 

Ukrayna Prezidenti Volodimir Zelenski bunu Avropa liderlərinə bildirib.

 

Eyni zamanda, Ukrayna lideri Moskvanın sülh müqaviləsini pozması halında Kiyevin müttəfiqlərinin hərəkətlərini aydın şəkildə müəyyən edəcək etibarlı təhlükəsizlik zəmanətləri istəyir.

 

Nəşr bildirir ki, Ukrayna yalnız dinc və təhlükəsiz mühitdə keçirilən referendum yolu ilə Rusiya tərəfindən işğal edilmiş ərazilərin təhvil verilməsinə razı ola bilər.

 

Oxu.az

Tarix: 28 Dekabr 2025, 20:05   
Seçilən
48
2
pravda.az

3Mənbələr