Çin Xalq Respublikasının hakimiyyəti nüvə döyüş başlıqlarının elementlərinin yığıldığı müəssisələri sürətlə genişləndirir.
Aznews.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) "Open Nuclear Network" (ONN) və "Verification Research, Training and Information Centre" (VERTIC) təşkilatlarının peyk şəkillərinə əsaslanaraq yazıb.
Qəzet qeyd edir ki, Pekin nüvə başlıqları istehsalı üzrə əsas obyektlərdə fəaliyyətini kəskin şəkildə artırıb, 2021-ci ildən işlər sürətlə genişlənir.
Xüsusilə, son beş ildə Sıçuan vilayətində yerləşən və başlıqlar üçün plutonium nüvələrinin hazırlanması ilə məşğul olan obyekt ciddi dəyişikliklərə məruz qalıb. Burada mühafizə olunan ərazilərin sahəsi iki dəfədən çox artırılıb, binaların yenidən qurulması və yeni tikililər, o cümlədən əsas istehsal korpusu ətrafında inşaat işləri aparılıb.