AZ

Polina Superkubok qazandı

Azərbaycan yığmasının voleybolçusu Polina Rəhimova Yunanıstan Superkubokunun qalibi olub. Hücumçunun formasını geydiyi “Panionios” finalda “Olimpiakos”la qarşılaşıb.

"Football-plus.az" xəbər verir ki, Rəhimovanın komandası 3:2 (25:22, 23:25, 24:26, 25:19, 15:12) hesabıyla qalib gələrək Yunanıstan Superkubokunu qazanıb.

Polina qələbədən sonra Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə fikirlərini bölüşüb:
“Final oyunu çox gərgin keçdi, lakin biz qalib gəldik. Rəqibimiz Yunanıstan çempionu “Olimpiakos” idi. Qələbə münasibəti ilə komandamı təbrik edirəm. Bu mövsüm komandamızın əsas hədəfi qatıldığımız bütün yarışlarda qalib gəlməkdi. İlk hədəfimizə çatdıq və inanıram ki, bu qələbə növbəti oyunlar üçün bizə əlavə motivasiya verəcək”.
Seçilən
13
2
football-plus.az

10Mənbələr