AZ

Bakı Musiqi Akademiyasında "Şainskiy-100" konsert-konfransı keçirildi - FOTO

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik Zalında "Klassik musiqinin zamanı" layihəsi çərçivəsində Azərbaycan Dövlət Konservatoriyasının məzunu, istedadlı bəstəkarı və mahnı müəllifinin yubileyinə həsr olunmuş "Şainskiy-100" konsert-konfransı keçirildi.

Layihənin bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakinadır.

Vladimir Şainskiy musiqisi özünəməxsus rəngarəng, isti və mehriban hisslərlə, canlı emosiyalarla dolu uşaqlıq dünyası yaratmış bir bəstəkardır.  Onun mahnıları bizə gənc yaşlarından tanışdır. Onun yaradıcılığı görkəmli Azərbaycan bəstəkarı Q.Qarayevin sinfinin məzunu kimi Azərbaycanla sıx bağlıdır.

Bəstəkarın 100 illik yubileyini qeyd etmək üçün onun yaradıcılığı mövzusunda mahnılar, rəqslər və teatr tamaşası ilə xüsusi proqramı hazırlanmışdır. Tamaşaçılar gənc ifaçəların - BMA nəzdində  Məktəb-studiyasının şagirdi Həcər Əsədullayeva, Bülbül adına OİMM şagirdləri Anna Yurina və Vera Yurina, AMK nəzdində İncəsənət gimnaziyanın şagirdləri Əsma və Hüsna Məmmədli; BMA-nın konsertmeysteri Arzu Səfərova; BMA-nın məzunu Aminat Əhmədova, eləcə də Ayla Əliyeva və Nuray Əliyeva ifasında Şainskiy və onun müəllimi Qarayevin sevimli uşaqlıq mahnılarından və musiqi əsərlərindən zövq ala bildilər. Şainskinin musiqisinə çəkilmiş cizgi filmləri əsasında hazırlanmış teatr tamaşası Larisa Tarusovanın rejissorluğu ilə Günay Uşaq Teatrının üzvləri tərəfindən təqdim edildi. Səfiyyə Baqautdinovanın rejissorluğu ilə fəaliyyət göstərən Beat Street Dance Studiyasının tələbələri Şainskinin musiqisinə canlı rəqs nömrələri ifa etdilər. Tarix və Nəzəriyyə fakültəsinin tələbələri günün qəhrəmanının həyatı və yaradıcılığı haqqında maraqlı faktları toplaşan tamaşaçılarla bölüşdülər: Pakizə Mustafazadə, Əminəxanım Məmmədova, Rəhimə Həmidova, Ayan İmanlı, Gülcan Əhmədova, Xanım Qocayeva, Validə Hacıyeva, Leyla Səlimova və Sevda Mövsümlü.

Tədbir bayram ab-havasında keçdi. Tamaşaçılar ifaçılarla birlikdə uşaqlıqdan tanış olan Şainskinin musiqisinə bəstələnmiş mahnıları oxudular.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
44
milli.az

1Mənbələr